Sığorta müqaviləsi bağlanan zaman diqqət edilməsi vacib olan məsələlər
Sığorta müqaviləsi bağlanan zaman
aşağıdakılara diqqət etməyinizi məsləhət görürük:
1. Sığorta
etdirmək istədiyiniz əmlak mənafeyinizi konkret olaraq müəyyənləşdirin;
2. Sığorta
etdirmək istədiyiniz əmlak mənafeyi və Sizi maraqlandıran sığorta növü barədə
sığorta şirkətinin nümayəndəsinə bildirin;
3. Sığorta
etdirmək istədiyiniz əmlak mənafeyi barədə sığorta şirkətinin nümayəndəsi
tərəfindən Sizə verilən ərizə-anket formasında əks olunmuş suallara tam və
dolğun cavab verin. Bundan başqa Sizə məlum olan və riskin baş verməsinə təsir
edə bilən bütün məlumatları sığorta şirkətinin nümayəndəsinə bildirin;
4. Sığorta
şirkətinin nümayəndəsi tərəfindən riskin qiymətləndirilməsi baxımından mühüm
əhəmiyyət kəsb edən məlumatlar ilə bağlı verilən suallara tam və dolğun cavab
verin;
5. Sığorta
şəhadətnaməsi Sizə təqdim edildikdə, imzalamadan öncə onu və onun bütün
əlavələrini, habelə onun ayrılmaz tərkib hissəsi olan sığorta qaydalarını tam
oxuyun, sığorta şəhadətnaməsi üzrə təminat verilən risklərin, sığorta
məbləğinin, azadolma məbləğinin, eləcə də şəhadətnamə üzrə Sizin hüquq və
vəzifələrinizin nədən ibarət olduğunu öyrənin. Bunlarla bağlı sualınız yarandıqda,
sığorta şirkətinin nümayəndəsindən Sizə qaranlıq qalan bütün müddəaları izah
etməsini tələb edin;
6. Sığorta
haqqını sığorta şəhadətnaməsində göstərilən məbləğdə və müddətdə ödəyin.