Sığorta hadisəsi baş verib?
Era
Trans Sığorta ASC Sizə və yaxınlarınıza sevinc dolu, qəzasız-bəlasız günlər
arzu edir.
Arzu
etmədiyiniz hadisə baş verdikdə:
|
1.
|
Hər
şeydən əvvəl mümkün qədər özünüzü ələ alın; |
|
2.
|
Daha
sonra özünüzün və yanınızdakıların sağlamlığını düşünün, hadisə nəticəsində
xəsarət alan varsa, dərhal təcili tibbi yardım çağırın (103 nömrəli telefona zəng edin); |
|
3.
|
Hadisənin
baş verməsi haqqında özünüz və ya yanınızda olanlardan biri (yanğın və
partlayış zamanı 101, yol-nəqliyyat hadisəsi zamanı 102, fövqəladə hal baş verdikdə 112 telefon nömrəsinə zəng edərək) aidiyyatı səlahiyyətli orqanı məlumatlandırın; |
|
4.
|
Hadisə
haqqında sığortaçınıza, yəni Bizə aşağıdakı telefon nömrələrinə zəng etməklə məlumat
verməyi də unutmayın: |
|
|
4.1. Hadisə iş günlərində, saat 09:00-18:00 arasında baş vermişdirsə, bu şəhər nömrələrinə
zəng vurun: (012) 497 07 48 və (və
ya) 497 07 49; 4.2. Həftənin 7 günü 24 saat Sizə xidmət göstərən digər nomrələrimiz
aşağıdakılardır: |
|
|
a) Tibbi
sığorta üzrə baş verən hadisələrdə - (012)
418 60 10 və (və ya) (050) 381 84 13; b) Digər
növlər üzrə baş verən hadisələrdə - (050)
399 88 22 və (və ya) (055) 600 59
16; |
Sığorta
şirkətinin nümayəndəsi sığorta hadisəsi haqqında məlumat alarkən, Sizdən
aşağıdakıları soruşacaq:
|
1. |
Adınız, soyadınız, atanızın adı; |
|
2. |
Sığorta şəhadətnaməsinin nömrəsi; |
|
3. |
Hadisənin
növü və baş verdiyi dəqiq ünvan (ərazi); |
|
4. |
Hadisənin qisa təsviri; |
|
5. |
Zərərin
təxmini məbləği (maddi ziyanla bağlı); |
|
6. |
Hadisə
nəticəsində xəsarət alanlar varsa, onların sayı. |
Xahiş
edirik sığorta kartınızı (əgər verilmişdirsə) hər zaman üzərinizdə gəzdirin,
çünki yuxarıda qeyd edilən məlumatların hamısı kartın üzərində yazılmışdır.
Zərərlərin
tənzimlənməsi, sığorta ödənişinin həyata keçirilməsi ilə əlaqədar tələb
olunacaq sənədlərin siyahısı, sığorta şəhadətnaməsi ilə birlikdə sığortalılara
verilən müvafiq sığorta növü üzrə qaydalarda öz əksini tapmışdır.