Yüklərin sığortası

Yüklərin sığortası

 

Bu sığorta növü ilə nələr sığortalana bilər?

Bu sığorta növü ilə dəniz, avtomobil, hava nəqliyyatı vasitələri və ya dəmir yolu vasitəsi ilə daşınan yüklər (əmtəə, əşyalar, avadanlıqlar və s. bu kimi mallar) sığorta oluna bilər.

 

Müştərilərin istəyi ilə daşıma ilə əlaqədar əlavə xərclər (nəqliyyat xərcləri, gömrük rüsumları) və daşınan malların satılmasından əldə olunması gözlənilən gəlir də bu sığorta növü ilə sığortalana bilər.

 

Bu sığorta növü ilə hansı hadisələrdən sığortalanmaq olar?

Sığorta müqaviləsində göstərilən yükə müqavilədə qeyd olunan vaxt və daşıma müddəti ərzində nəqliyyat vasitəsi ilə daşınması və yaxud hansısa bir anbarda müvəqqəti olaraq saxlandığı zaman sığorta hadisəsi nəticəsində dəyən itki və zərərlərə sığorta təminatı verilir.

 

Sığorta təminatı yükün daşıyıcı tərəfindən təhvil götürülməsi və nəqliyyat vasitəsinə yüklənilməsi ilə başlayır, daşıma (habelə yükləmə-boşaltma və müvəqqəti saxlanc üçün nəzərdə tutulan yerlərdə saxlanılması) dövrünü əhatə etməklə, sığorta müqaviləsində qeyd olunan son təyinat məntəqəsinə çatdırılması ilə sona çatır.

 

Yüklərin sığortası üzrə aşağıda sadalanan şərtlər ilə sığorta təminatı verilir:

-           Geniş təminat (London Sığortaçılar İnstitutunun (Institute Cargo Clauses A) şərtinə görə məsuliyyət);

-           Məhdud (dar) təminat (London Sığortaçılar İnstitutunun (Institute Cargo Clauses B) şərtinə görə məsuliyyət);

-           Tam zərər (London Sığortaçılar İnstitutunun (Institute Cargo Clauses C) şərtinə görə məsuliyyət).