Fiziki şəxslərə məxsus avtomobillərin sığortası

Avtomobilinizin Sizin üçün nə qədər qiymətli olduğunu başa düşürük. Çünki onu əldə etmək üçün insan bəzən uzun illər sərf etməli olur. Lakin istər hərəkət halında, istərsə də hərəkətsiz halda, avtomobilinizin zədələnməsinə və ya məhv olmasına səbəb ola bilən müxtəlif təhlükələr baş verə bilər. Yol-nəqliyyat hadisələri, oğurluq, təbii fəlakət, üçüncü şəxslərin qərəzli hərəkətləri, əşyaların düşməsi və s. bu kimi təhlükələr onları gözləmədiyimiz anda baş verir. Bütün bunlardan qorunmağın ən optimal yolunu – avtomobilinizi sığortalamağı Sizə təklif edirik.

Avtomobil sığortasının hansı növləri var?

Avtomobil sığortası ilə Siz seçiminizdən asılı olaraq birlikdə və ya ayrı-ayrı, avtomobilinizin gövdəsini, avtomobil sahibinin (üçüncü şəxslərin əmlakına və səhhətinə vurula biləcək zərərə görə onlar qarşısında) mülki məsuliyyətini və avtomobilin salonunda olan sürücü və sərnişinləri (bədbəxt hadisələrdən) sığorta etdirə bilərsiniz.   

Avtomobilin uğradığı hadisə nəticəsində təmir olunması ilə bağlı xərclərin sığorta şirkəti tərəfindən ödənilməsi Sizə rahatlıq və büdcənizə qənaət gətirəcəkdir.    

Era Trans Sığorta Şirkətində avtomobilinizi aşağıdakı risklərdən sığortalaya bilərsiniz:

Aşağıdakılar nəticəsində nəqliyyat vasitəsinin məhv olması və ya zədələnməsi «avtomobilə dəyən maddi zərər» riski üzrə sığorta hadisəsi hesab olunur:

·         

avtonəqliyyat hadisəsi: avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr;

·         

əşyaların zərbəsi: avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi;

·         

təbii fəlakət: sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr;

·         

üçüncü şəxs(lər)in qanunazidd hərəkət(lər)i;

·         

oğurluq, quldurluq, qaçırma və soyğunçuluq nəticəsində avtomobilə dəyən zərər;

·         

yanğın və partlayış;

·         

heyvanların hərəkəti: avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti.

Seçiminizdən asılı olaraq yuxarıdakı bəndlərin birində və ya bir neçəsində qeyd olunan risklərdən sığorta təminatı verilə bilər.

Era Trans Sığorta Şirkətində sığortalanmağın üstünlükləri

Era Trans Sığorta Şirkətində sığortalanmaqla Siz bir çox xidmətlərimizdən istifadə etmək imkanını əldə edirsiniz. Bunlardan bir neçəsini aşağıda nəzərinizə çatdırırıq:

·         

sığorta haqqının seçiminizdən asılı olaraq nağd və ya köçürmə yolu ilə birdəfəyə və ya hissə-hissə ödənilməsi;

·         

24 saat xidmət: sığorta hadisəsi barədə məlumatların qəbul edilməsi və zəruri sənədlərin rəsmiləşdirilməsi üçün qəza komissarının hadisə yerinə çıxışının təşkili;

·         

hərəkət etmək qabiliyyətini itirmiş avtomobilin hadisə yerindən pulsuz daşınması (evakuasiyası);

 

не более 2 раз в год

Avtomobil sığortasına daha nələri əlavə etmək olar?

 

·         

Yolda texniki yardım xidmətini;

·         

Avtomobilin zədələnməsi nəticəsində alternativ avtomobil ilə təmin edilmə;

·         

Sığorta təminatının respublikamızın hüdudlarından kənarda Avropa, MDB və Yaxın Şərq ölkələrini əhatə edəcək şəkildə genişləndirilməsi;

·         

Sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığorta təminatının verilməsi;

·         

Avtomobilin idarə edilməsi nəticəsində üçüncü şəxslərin əmlakına və sağlamlığına vurula biləcək zərərlərə görə Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası təminatının verilməsi.