Əmlak sığortası

Əmlak sığortası

                            

Bu sığorta növü ilə nələr sığortalana bilər?

Fiziki və hüquqi şəxslərin sahibliyində və ya istifadəsində olan binalar, tikililər, bağ evləri, şəxsi evlər, ev əmlakı (əşyaları), anbarlar, qurğular, maşın və avadanlıqlar, mebel, hazır məhsul, xammal və materiallar, binaların içərisində və ya üzərində olan hər cür sabit qurğular, lift və eskalatorlar, ildırım ötürən, televizor antenası və s. bu kimi əmlak sığorta oluna bilər.

 

Bu sığorta növü ilə hansı hadisələrdən sığortalanmaq olar?

Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində qəfildən və gözlənilmədən baş verən, sığorta müqaviləsində göstərilən əmlakın məhv olmasına və ya zədələnməsinə səbəb olan aşağıda sadalanan sığorta risklərinə qarşı sığorta təminatı verilə bilər:

-           yanğın, ildırım düşməsi, partlayış və ya yanğın və partlayışla əlaqədar meydana gələn tüstü, buxar və hərarət nəticəsində sığortalanmış əmlaka dəyən maddi zərər;

 

Sığortalının seçimi ilə və əlavə sığorta haqqı müqabilində aşağıdakı risklər də sığorta təminatına əlavə edilə bilər:

-           zəlzələ və vulkan püskürməsi;

-           qar ağırlığı;

-           sel və su basması;

-           yer sürüşməsi;

-           fırtına;

-           daxili su;

-           tüstü;

-           avtonəqliyyat vasitələrinin sığortalanmış əmlaka dəyməsi;

-           hava nəqliyyatı vasitələrinin sığortalanmış əmlaka dəyməsi;

-           tətil, lokaut, iğtişaş və xalq hərəkatları;

-           terror;

-           üçüncü şəxslərə vurula biləcək zərərə görə sığortalının mülki məsuliyyəti (bu sığorta növü ilə fiziki və hüquqi şəxslər yuxarıda sadalananlara əlavə olaraq sığorta təminatı verilən yanğın, partlayış və ya daxili su basma risklərinin baş verməsi zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə vurula biləcək zərərlərə görə mülki məsuliyyətlərini də sığorta etdirə bilərlər).