Səfər sığortası
Xaricə
gedən şəxslərin sığortası
Bu sığorta növü ilə
hansı hadisələrdən sığortalanmaq olar?
Sığortalanmış şəxsin sığorta müqaviləsində
qeyd olunmuş xarici dövlətin ərazisində olduğu müddətdə qəfil xəstələnməsi və
(və ya) vəfatı bu sığorta növündə sığorta hadisəsi hesab olunur.
Sığorta hadisəsi baş verdikdə sığortaçı
aşağıdakıları təşkil edir və ya həmin xərclərin əvəzini ödəyir:
- sığortalanmış
şəxsə göstərilən tibbi (ambulator və stasionar) xidmətlər;
- sığortalanmış
şəxsin səfər etdiyi ölkədə hadisə yerindən tibb müəssisəsinə nəqliyyat vasitəsi
ilə çatdırılması;
- sığortalanmış
şəxsin səfər etdiyi ölkədən daimi yaşayış yerinə nəqliyyat (uçuş haqqı və hava
limanınadək gediş) xərcləri;
- sığortalanmış
şəxsin vəfatı zamanı cənazənin onun daimi yaşayış yerinə repatriasiyası.